RU

Göyçayda güclü yanğın baş verib

Göyçayda yanğın hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çayarxı kəndi ərazisində baş verib.

Qamışlıq və yabanı kolluq ərazidə başlayan yanğın qısa müddətdə genişlənərək xeyli sahəni əhatə edib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb.


Yanğının yaxınlıqda yerləşən yaşayış tikililərinə, təsərrüfat sahələrinə və meyvə bağlarına keçməsinin qarşısı alınıb. Yanğının tam söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.

Избранный
13
21
bakivaxti.az

10Источники