RU

Liverpul Salahın yerini onunla doldurmaq istəyir

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir

"Liverpul" 2025/2026 mövsümünün sonunda klubdan ayrılacağını açıqlayan hücumçu Məhəmməd Salahın yerini doldurmaq üçün 140 milyon avroya qədər pul xərcləyə bilər.

QOL.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

İngiltərə klubu 3 namizədi nəzərdən keçirir.

"Liverpul"un namizədlər siyahısında "Leyptziq"in hücumçusu Yann Diomande və "Nyukasl"ın oyunçusu Entoni Qordon da yer alır. Lakin komandanın əsas hədəfi 140 milyon avro dəyərində olan "Bavariya"nın fransız futbolçusu Maykl Oliseh olaraq qalır.

Klub rəhbərliyi "Bavariya"nı bu keçid üçün razı salmağa çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
qol.az

2Источники