RU

24 yaşlı qız Nizami məqbərəsində körpüdən yıxıldı - FOTOLAR

Gəncədə qadın körpüdən yıxılaraq yaralanıb.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Gəncə-Bakı avtomobil yolunda Nizami Gəncəvinin məqbərə-kompleksinin körpüsündə qeydə alınıb.

Belə ki, xəsarətlər alan 2002-ci il təvəllüdlü Zinyət Əşrəfova xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. 

Faktla bağlı araşdırma başlanılıb.

 

Избранный
8
3
musavat.com

5Источники