RU

Tbilisidə "MİLLENİUM"un illik konfransı keçirilir

Tbilisidə Gürcüstanda Daxili İşlər Nazirliyinin dəstəyi və İnterpolun Baş Katibliyinin təşkilatçılığı ilə Baş Katibliyin "MİLLENİUM" layihəsinin illik konfransı keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirdə 25 ölkədən 60 nümayəndə, o cümlədən ABŞ, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Finlandiya, Almaniya, Polşa, İsrail, İtaliya, Ermənistan, Qazaxıstan, Fransa, Niderland və digər ölkələrdən nümayəndələr iştirak edir.

Gürcüstan daxili işlər nazirinin birinci müavini Roni Mesxi çıxış edərək transmilli cinayətkarlığa qarşı mübarizə kontekstində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Gürcüstan ilə İnterpol arasında uzunmüddətli, nümunəvi tərəfdaşlığın olduğunu vurğulayıb.

İki gün davam edəcək konfransda transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə mövcud çətinliklər və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, İnterpol Baş Katibliyinin "MİLLENİUM" layihəsi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni hədəfləyir.

Избранный
19
ikisahil.az

1Источники