RU

Fransalı nazir vəziyyəti yeni neft şoku kimi xarakterizə edib

“Yaxın Şərqdəki mövcud vəziyyət yeni neft şokudur. Müvəqqəti böhran hipotezi artıq aktual deyil”.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, bu bəyanatla Fransanın iqtisadiyyat naziri Roland Leskur Milli Assambleyada (Parlamentin aşağı palatası – red.) çıxış edib.

“Böhran başlayandan bazara 20 faiz xam neft və bir o qədər maye qaz daha az daxil olur. Bu da qlobal iqtisadiyyat üçün gündə azı 11 milyon barel neft deməkdir. Hazırkı vəziyyət yeni neft şokudur. Bu şok daha bir neçə həftə davam edərsə, böhran bütün iqtisadiyyata təsir edə və sistemli hal ala bilər” – deyə nazir xəbərdarlıq edib.

Избранный
2
4
yeniazerbaycan.com

5Источники