Kriştianu Ronaldunun oğlu kiçik Ronaldu "Real Madrid"in düşərgəsindədir.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, o, İspaniya nəhənginin U-16 komandası ilə məşq edir.
Portuqaliyanın U-15 millisinə dəvət alan oğul Ronaldunun "Əl-Nəsr"dən ayrılaraq "Real"a keçməyə yaxın olduğu bildirilib.
Kriştianu 2009-2018-ci illər aralığında Madrid təmsilçisinin formasını geyinib. Paytaxt komandasının heyətində 438 matça çıxan 41 yaşlı superulduz 450 qol və 131 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul