RU

Pakistan masası qurulur: Rafael Qrossidən dünya mediasını sarsıdan İslamabad bəyanatı

ain.az, Hurriyyet saytına istinadən bildirir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi ABŞ və İran arasında həlledici danışıqların martın 28-29-da Pakistanın paytaxtı İslamabadda keçirilə biləcəyini açıqlayıb.Musavat.com xəbər verir ki, İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibə verən Qrossi bu görüşün təkcə nüvə proqramını deyil, münaqişənin bütün köklü səbəblərini əhatə edəcəyini bildirib. AEBA rəhbərinin sözlərinə görə, bu dəfə masada İranın raket proqramı, regiondakı müttəfiq silahlı qruplaşmaların (proksi qüvvələr) gələcəyi və ən əsası, Tehran üçün rəsmi təhlükəsizlik zəmanətləri kimi kritik mövzular yer alacaq. "Güman edirəm ki, danışıqlar bu həftəsonu İslamabadda baş tutacaq və əvvəlkilərdən daha genişmiqyaslı xarakter daşıyacaq", – deyə Qrossi vurğulayıb.

Analitiklər qeyd edirlər ki, ABŞ-ın İrana təqdim etdiyi "15 bəndlik ultimatum"dan sonra bu görüşün anons edilməsi tərəflərin müharibəni dayandırmaq üçün son diplomatik cəhdinə işarə edir. Pakistanın ev sahibliyi etməsi isə İslamabadın həm Vaşinqton, həm də Tehranla olan xüsusi münasibətlərindən irəli gəlir. Pakistan tərəfi artıq nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün paytaxtda fövqəladə təhlükəsizlik tədbirləri gördüyünü və yüksək səviyyəli diplomatik protokol hazırladığını bəyan edib. Maraqlıdır ki, bu xəbər yayıldığı andan etibarən "Epik Qəzəb" əməliyyatı çərçivəsində endirilən hava zərbələrinin intensivliyində qısa müddətli azalma müşahidə olunur. Əgər martın 28-də tərəflər eyni masaya otursa, bu, Yaxın Şərqdə son onilliklərin ən mühüm diplomatik hadisəsi kimi tarixə düşəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
1
hurriyyet.az

2Источники