RU

Qısqanc ərin xanımının açıq geyiminə reaksiyası GÜNDƏM OLDU - VİDEO

Qısqanc ərinin davranışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yayılan görüntülərdə açıq-saçıq geyimdə olan qadının yanında olan kişi onun geyimini örtməyə çalışır. Kadrlarda kişinin əvvəlcə qadının libasının dərin yarığını əli ilə qapatmağa cəhd etdiyi, daha sonra isə ayaqlarının üzərini örtmək üçün üzərinə dəsmal sərdiyi əks olunub.

Bu anlar ətrafdakı şəxslərin də diqqətindən yayınmayıb və qısa müddətdə sosial mediada yayılaraq gündəm mövzusuna çevrilib.

İzləyicilər hadisəyə müxtəlif münasibət bildiriblər. Bəziləri kişinin bu davranışını qısqanclıq və nəzarət kimi qiymətləndirərək tənqid edib, digərləri isə bunu fərqli formada şərh ediblər.

Sözügedən görüntülər qısa zamanda çoxsaylı baxış toplayaraq geniş müzakirələr doğurmağa davam edir./milli.az/

Избранный
10
4
musavat.com

5Источники