RU

Hande Erçeldən saxlanılma qərarı ilə bağlı ilk AÇIQLAMA

Haqqında saxlanılma qərarı verildiyi deyilən türkiyəli aktrisa Hande Erçel məsələ ilə bağlı ilk dəfə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında paylaşdığı açıqlamada son günlər mediada yayılan xəbərləri özü də yeni öyrəndiyini qeyd edib. O bildirib ki, təhsil ilə əlaqədar təxminən bir aydır ölkə xaricindədir və məsələyə aydınlıq gətirmək üçün Türkiyəyə qayıdaraq rəsmi qurumlara ifadə verəcək.

Hande Erçel açıqlamasında ölkəsini sevdiyini, dövlətinə və ədalət sisteminə güvəndiyini vurğulayıb və hadisənin qısa zamanda öz həllini tapacağına inandığını bildirib.

Qeyd edək ki, dünən axşam məşhurlarla bağlı aparılan narkotik araşdırması çərçivəsində “Beşiktaş” klubunun sabiq prezidenti Fikret Orman, “Galatasaray” klubunun sabiq prezidenti Burak Elmas, iş adamları Hakan Sabancı və Kerim Sabancı, həmçinin modellər Didem Soydan və Güzide Duran saxlanılan şəxslər arasında göstərilib.

Aliyə
NOCOMMENT.az

Избранный
40
7
nocomment.az

10Источники