RU

Türkiyədə İŞİD əməliyyatı: Saxlanılanlar var

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin 24 vilayətində həyata keçirilən əməliyyatlar nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsi ilə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Müəyyən edilib ki, şübhəlilər terror təşkilatı ilə əlaqəli şəxslər və qondarma yardım qurumları vasitəsilə şəbəkəyə maliyyə ötürüblər.

Qeyd olunub ki, saxlanılan şəxslər həmçinin sosial şəbəkə hesabları üzərindən terror təşkilatının təbliğatını aparıblar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
8
cebheinfo.az

9Источники