RU

Nurlan Baybazarov Qazaxıstan Prezidentinin köməkçisi təyin edilib

BAKI, 25 mart. TELEQRAF

Nurlan Baybazarov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin köməkçisi təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısı müvafiq sərəncam imzalayıb.

“Dövlət başçısının sərəncamı ilə Nurlan Serikuli Baybazarov Qazaxıstan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin olunub və əvvəlki vəzifəsindən azad edilib”, - məlumatda bildirilib.

Kasım-Jomart Tokayev bir başqa sərəncamla Prezidenti Administrasiyası rəhbərinin müavini Yerbolat Dosayevi vəzifəsindən azad olunub.

Xatırladaq ki, Nurlan Baybazarov 2024-cü ildən Qazaxıstan baş nazirinin müavini və milli iqtisadiyyat naziri vəzifəsini icra edib.

Избранный
15
teleqraf.com

1Источники