RU

İsrail ordusu Hizbullahın komanda mərkəzini vurub (VİDEO)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Livanda həyatakeçirilən aviareydlər zamanı Beyrutda “Hizbullah”ın komandamərkəzini və terror qrupuna məxsus yanacaqdoldurma məntəqələrinivurub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)məlumat yayıb.

Bildirilir ki, Beyrutun cənub ətraflarında yerləşən “Hizbullah”qərargahı ərazi üzrə yeni təxliyə xəbərdarlıqlarından sonra hədəfəalınıb.

İsrail Müdafiə Qüvvələri eyni zamanda, digər ərazilərdə“Hizbullah”a məxsus və 2020-ci ilin fevralından ABŞ sanksiyalarıaltında olan yanacaq distribütoru şirkəti olan “Al-Amana”ya aid birneçə yanacaqdoldurma məntəqəsini vurduğunu açıqlayıb.

Məqalədə:
Избранный
17
1
az.trend.az

2Источники