Bakı, 25 mart, AZƏRTAC
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 13:57-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.