RU

"Flikin "Barselona"sının oyunundan zövq alıram" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola məşqçilik karyerasının əvvəlində rəhbərlik etdiyi "Barselona"nın hazırki çıxışı barədə danışıb. 

Fanat.Az xəbər verir ki, o, "Esport3"-ə müsahibəsində belə deyib: 

"Barselona"nın oyununu izləmək imkanım olanda maraqla baxıram. Flikin komandasını maraqlı hesab edirəm. Məqsəd həmişə eynidir: yaxşı vaxt keçirmək. Televizorun qarşısında oturanda bilirsən ki, bu, "Barselona"dır və onun oyunundan zövq alacaqsan".

Almaniyalı Hans-Diter Flikin baş məşqçisi olduğu "Barselona" hazırda İspaniya La Liqasında 73 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisi 29 oyunda 78 qol vurub, 28 top buraxıb.

Избранный
4
1
fanat.az

2Источники