RU

ABŞ və İran müharibənin dayandırılması üçün öz şərtlərini irəli sürüb

Bakı. Trend:

ABŞ müharibənin dayandırılması ilə bağlı plan hazırlayıb vəvasitəçilər yolu ilə onu İran hakimiyyətinə təqdim edib.

Trend xəbər verirki, bu barədə "The New York Times" məlumatlı mənbələrə istinadənyazır.

Mənbələrin sözlərinə görə, plan 15 maddədən ibarətdir və digərməsələlərlə yanaşı, ballistik raketlər, nüvə proqramı və dənizgəmiçiliyi ilə bağlı müddəaları əhatə edir.

Qəzet qeyd edir ki, jurnalistlər sənədin özünü görməyiblər.

Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, ABŞ ilə İran arasındaəsas vasitəçi kimi Pakistanın Quru Qoşunlarının komandiri AsimMunir çıxış edib. Onların sözlərinə əsasən, Munir İslam İnqilabıKeşikçiləri Korpusu ilə sıx əlaqələr saxlayır və ABŞ ilə İranarasında mesajların ötürülməsini təmin edə bilir.

İsrailin 12-ci kanalının jurnalisti Yaron Avraam isə bildiribki, onun məlumatına görə, ABŞ-nin sülh planı İranın nüvəproqramından tam imtinasını, Fordo, Natanz və İsfahandakı nüvəobyektlərinin sökülməsini, eləcə də artıq zənginləşdirilmiş bütünuranın Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verilməsininəzərdə tutur.

Bundan əlavə, İran regiondakı proksi qruplaşmalarına dəstəkdənimtina etməli, həmçinin raketlərinin sayını və uçuş məsafəsiniməhdudlaşdırmalıdır. ABŞ-nin sülh planına əsasən, Hörmüz boğazıgəmiçilik üçün açıq zona elan edilməlidir. Bu şərtlərin yerinəyetirilməsi halında isə plana görə, İrana qarşı bütün sanksiyalarləğv ediləcək və Buşəhrdə tikilən AES çərçivəsində “mülki nüvəlayihəsinin inkişafına” yardım göstəriləcək.

Bu arada Wall Street Journal isə İranın digər tələblərisırasında aşağıdakı şərtlərin yer aldığını yazır:

  • zərbələrə görə kompensasiyaların ödənilməsi;
  • Hörmüz boğazında yeni qaydaların tətbiqi, bunun sayəsindəİranın keçid edən gəmilərdən rüsum alması (Misir və Süveyş kanalıilə oxşar model üzrə);
  • müharibənin yenidən başlamayacağına dair təminatlar və İsrailinLivandakı “Hizbullah” qruplaşmasına zərbələrini dayandırması;
  • İrana qarşı bütün sanksiyaların ləğvi;
  • İranın raket proqramının heç bir məhdudiyyət qoyulmadansaxlanılması.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun BaşQərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabıKeşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali MilliTəhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatınınkomandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumlarızamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Избранный
28
3
az.trend.az

4Источники