"İran BMT Təhlükəsizlik Şurasının üzvlərindən ABŞ və İsrailin Tehrana qarşı hərəkətlərini pisləyən sərt mövqe nümayiş etdirmələrini gözləyir".
“Cebheinfo.az”-ın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi Çinli həmkarı Van İ telefon danışığı zamanı belə deyib.
“İran BMT Təhlükəsizlik Şurasının üzvlərindən, xüsusilə də Rusiya və Çindən ABŞ-nin Şuradakı mövqeyindən daha da sui-istifadə etməsinin qarşısını almalarını və ABŞ və İsrailin ölkəmizə qarşı təcavüzünü pisləyən qəti mövqe tutmalarını gözləyir”,- deyə nazir bildirib.