
İngiltərənin “Bornmut” klubunun baş məşqçisi Andoni İraola “Kristal Palas”ı çalışdıra bilər.
Xarici KİV xəbər verir ki, Premyer Liqa təmsilçisi Oliver Qlasnerin mövsüm sonunda mümkün gedişindən sonra ispaniyalı mütəxəssisi əsas namizəd kimi görür.
Bundan əlavə, Andoni İraolanın xidmətində “Atletik Bilbao” da maraqlıdır. Mütəxəssis üçün Premyer Liqa variantı həm maliyyə, həm də idman baxımından cəlbedici sayılır.
Qeyd edək ki, 2023-cü ilin yayından “Bornmut”u çalışdıran 43 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonunda başa çatacaq. Hazırda “Bortmunt” 39 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alır.