RU

Paşinyan Köçəryana eşşək tövsiyəsi verdi - VİDEO

Ermənistanda siyasi ritorika növbəti dəfə sərtləşib. Baş nazir Nikol Paşinyan qarşıdan gələn parlament seçkiləri ərəfəsində əsas rəqiblərindən biri – sabiq prezident Robert Köçəryan barədə kəskin və qalmaqallı açıqlama ilə çıxış edib.

Paşinyan sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə Köçəryanın əvvəlki fikirlərinə ironik şəkildə cavab verib. O, sabiq prezidentin “əgər hansısa siyasətçi eşşək kimi anqırırsa, bu, milyonlarla baxış toplayar” məzmunlu ifadəsinə istinad edərək, eyni davranışı Köçəryanın özünə təklif edib.

“Robert Köçəryan bildirib ki, əgər hansısa siyasətçi eşşək kimi anqırırsa, bu, milyonlarla baxış qazanar. Mən də cənab Köçəryana özünün eşşək kimi anqırmasını təklif edirəm – amma böyük həvəslə”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanda seçkilər yaxınlaşdıqca hakimiyyətlə müxalifət arasında qarşılıqlı ittihamlar və sərt ritorika daha da intensiv xarakter alır.

Cavanşir ABBASLI 
Musavat.com

Избранный
26
musavat.com

1Источники