RU

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Dünya əmtəə bazarlarında qızılın qiyməti 4600 dollara yaxınlaşıb.

Azreform.info Apa-ya istinadən xəbər verir ki, dünya bazarlarında qiymətli və sənaye metalları üzrə qiymətlərdə artım müşahidə olunub.

Belə ki, Comex birjasında qızılın iyun fyuçerslərinin qiyməti 158,30 ABŞ dolları və ya 3,57% artaraq 4 592,40 dollar/unsiya olub. Spot bazarda isə qızılın qiyməti 83,17 dollar və ya 1,86% artaraq 4 558,68 dollar/unsiya təşkil edib.

Eyni zamanda, gümüşün may fyuçersləri (Comex) 3,97 dollar və ya 5,71% bahalaşaraq 73,54 dollar/unsiyaya yüksəlib. Misin may fyuçersləri isə 7,60 dollar və ya 1,39% artaraq 553,10 dollar səviyyəsinə çatıb.

Bundan başqa, spot bazarda platinin qiyməti 33,60 dollar və ya 1,74% artaraq 1 964,67 dollar/unsiya olub.

Analitiklər bildirirlər ki, qiymət artımı əsasən investorların riskli aktivlərdən çıxaraq daha etibarlı hesab olunan qiymətli metallara yönəlməsi, eləcə də qlobal geosiyasi gərginliyin davam etməsi ilə əlaqədardır.

Избранный
6
10
azreform.info

10Источники