Bakı. Trend:
Estoniyada Rusiyaya məxsus pilotsuz uçuş aparatı Auverdəyerləşən elektrik stansiyasının bacasına çırpılıb.
Trend xəbər verirki, bu barədə ERR məlumat yayıb.
“Əlimizdə olan məlumatlara görə, dronun hədəfi Estoniya olmayıb.Hazırda ilkin araşdırma aparılıb, istintaq nəticəsində hadisənindaha dəqiq təfərrüatları müəyyən ediləcək”, - Estoniyanın başprokuroru Astrid Asi bildirib.
İnsident nəticəsində heç kimin xəsarət almadığı, pilotsuz uçuşaparatının isə Rusiyanın hava məkanından daxil olduğubildirilir.
Qeyd edək ki, Auver elektrik stansiyasın Estoniyanın şimal-şərqbölgəsində Rusiya sərhədi yaxınlığında yerləşir.