RU

"Məncə, heç kim belə hesab gözləmirdi" - "Neftçi"nin futbolçusu

style='margin-bottom:10px;'>

“Neftçi”nin yarımmüdafiəçisi İmad Farajın QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 25-ci turunda “İmişli”ni 6:0 hesabı ilə darmadağın etdiniz. Oyun barədə fikirləriniz necədir?

- “İmişli”yə qarşı çox yaxşı çıxış etdik. İlk 20 dəqiqə ərzində 3 dəfə fərqlənməyimiz inanılmaz göstəricidir. Bundan sonra bizim üçün matç daha asan keçdi. Erkən dəqiqələrdə qol vurmasaq, işimiz getdikcə çətinləşir. Bunu daha öncəki matçlarda da müşahidə etmişik. "İmişli"yə qarşı oyunda əlimizə düşən əksər fürsətləri qola çevirməyi bacardıq. Xoşbəxtik, qol buraxmadan qələbə qazanmaq bizi daha da sevindirir. 

- Hesab arasındakı fərqin belə böyük olacağını gözləyirdiniz?

-  Açığı, yox. Məncə, heç kim belə hesab gözləmirdi. Əsas hədəf qələbə qazanmaq idi. Qalib gəlməyi çox istəyirdik. Bundan sonrakı hər matçda qələbə qazanmaq xüsusi önəm daşıyır. Avrokuboklarda çıxış etmək üçün qələbələrə ehtiyacımız var. 

- Demək olar ki, bu cür böyükhesablı qələbə ilə “İmişli”dən ilk iki dövrədə itirilən 5 xalın əvəzini çıxdınız?

- Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var. Biz çox matçda xallar itirmişik. Əgər həmin oyunlarda xal itkiləri ilə qarşılaşmasaydıq, hazırda turnir cədvəlində ilk üçlükdə idik. 

- 4-cü yerdən “Neftçi”ni cəmi 5 xal ayırır. Avrokuboklar şansını necə dəyərləndirirsiniz?

- Qarşıda bizi çətin oyunlar gözləyir. "Sumqayıt", "Zirə" və "Araz-Naxçıvan"a qarşı ağır matçlarımız olacaq. Hər 3 oyunda qalibiyyətə ehtiyacımız var. İnanıram ki, buna nail olsaq, hədəfə çatmaq şansımız daha da artacaq. 

- “İmişli” ilə oyunda həm də “Neftçi”də qol hesabını açdınız...

- Həqiqətən də çıxışım məni sevindirir. Həm 2 qol vurdum, həm də məhsuldar ötürmə etdim. Bu cür oynamaq özünəinamı daha da artırır. Nəticədə komanda şəklində daha yaxşı çıxış etməyə davam edirik.

- Azarkeşlərə nə demək istərdiniz? Növbəti matçlarda da sizdən bu cür performans gözləsinlər? 

- Azarkeşlərimizə minnətdaram. Hava şəraitindən, məsafədən asılı olmayaraq hər zaman yanımızdadırlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edirik. İnanıram ki, inamlı çıxışımızı qarşıdakı matçlarda da davam etdirəcəyik. 

Избранный
30
2
teleqraf.com

4Источники