RU

Aİ Ermənistana xüsusi çevik reaksiya qrupu göndərəcək

Avropa İttifaqının üzv ölkələrinin xarici işlər nazirləri Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupunun göndərilməsinə razılıq veriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Ermənistan xidməti Brüssel mənbələrinə istinadən məlumat yayıb.

    Missiyanın bəyanatında qeyd olunur ki, Ermənistan intensiv hibrid fəaliyyətlərə məruz qalır və bunların seçkilər ərəfəsində daha da kəskinləşməsi ehtimal olunur.

    Missiyanın Ermənistana martın sonu və ya aprel ayının əvvəlində, 10–15 iş günü müddətinə göndərilməsi planlaşdırılır. 9–14 nəfərdən ibarət qrupun əsas vəzifəsi xarici informasiya manipulyasiyaları və müdaxilələrinə, həmçinin kiber təhlükələrə qarşı mübarizə aparmaqdır.

    Qrup həmçinin hökumətə müxtəlif seçki ssenariləri zamanı böhran idarəçiliyi və kəşfiyyat məlumatlarının mübadiləsi üzrə məsləhətlər verəcək, qanunsuz seçki maliyyələşdirməsi hallarının aşkar edilməsində müvafiq orqanlara kömək edəcək və seçki proseslərinə xarici müdaxilə barədə ictimaiyyətin məlumatlılığını artıracaq.

    Missiya başa çatdıqdan sonra hesabat hazırlanacaq və bu, Brüsselin Ermənistanla əlaqələrdə növbəti addımlarını müəyyən edəcək.

    Избранный
    3
    6
    bakivaxti.az

    7Источники