Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Suriyaya 105,4 milyon kubmetr Azərbaycan təbii qazı tədarük edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriya Prezidenti Əhməd Əş-Şaranın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR-la Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib.