RU

Taksi sürücüsünü hədələyərək soyğunçuluq edən keçmiş məhkum saxlanılıb

Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı Rahib Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"

Избранный
18
28
cebheinfo.az

10Источники