RU

Saç, dırnaq və oynaqların sağlamlığı bu maddədən asılıdır

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sağlamlıqdan danışanda adətən kalsium, maqnezium və ya müxtəlif vitaminləri xatırlayırıq. Lakin bioloq İrina Lyalina bildirir ki, orqanizmin normal fəaliyyəti üçün kükürd ən azı digər elementlər qədər vacibdir.Demokrat.az xəbər verir ki, maddələr mübadiləsindən tutmuş bədənin zərərli toksinlərdən təmizlənməsinə qədər bir çox mühüm proses məhz bu maddənin sayəsində baş tutur.Kükürd bədənimizdəki "tikinti materialları" olan amin turşularının tərkibinə daxildir. O, dərinin elastikliyi üçün kollaqen, saç və dırnaqların möhkəmliyi üçün isə keratin istehsalında əvəzsiz rol oynayır. Bundan əlavə, kükürd qaraciyərin işini asanlaşdıraraq dərman qalıqlarının və digər zərərli maddələrin bədəndən kənarlaşdırılmasına kömək edir. Oynaq və qığırdaqların sağlamlığı, eləcə də hüceyrələrin enerji ilə təmin olunması birbaşa bu elementlə bağlıdır.Bəs kükürd ehtiyacını necə qarşılamaq olar? Mütəxəssis qeyd edir ki, bunun üçün xüsusi preparatlara ehtiyac yoxdur, sadəcə qidalanmaya diqqət etmək kifayətdir. Ət, balıq, yumurta sarısı və süd məhsulları kükürdlə ən çox zəngin olan qidalardır. Tərəvəzlərdən isə brokkoli, gül kələmi, soğan və sarımsaq bu siyahıda ön sıralarda yer alır. Həmçinin qoz, badam və kətan toxumu kimi çərəzlər də kükürd mənbəyi hesab olunur. Gündəlik rasionda bu məhsullara yer verməklə orqanizmin kükürd balansını tam bərpa etmək mümkündür.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
demokrat.az

1Источники