RU

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ Prezidenti Donald Tramp İranın raket imkanları və Avropa üçün potensial təhlükə ilə bağlı hesabat paylaşıb.

Bizim.Media xəbər verir ki, ABŞ lideri sosial şəbəkə hesabında İranın uzaqmənzilli raketlərinin uçuş məsafəsinə dair məlumatların yer aldığı paylaşım edib.

Həmin məlumatlarda bildirilir ki, bu raketlər Hind okeanında yerləşən ABŞ-Böyük Britaniya hərbi bazası – Diego Garsiya adasına qədər çata bilər.
 

Məlumata görə, ilkin olaraq “Just the News” nəşrində dərc olunan hesabatda İran raketlərinin mənzilinin genişliyi vurğulanır. Sənəddə qeyd olunur ki, bu imkanlar Donald Trampın İranın hərbi potensialının Avropa üçün təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıqlarını təsdiqləyir.


Hesabatda həmçinin bildirilir ki, Tehranın raket imkanlarının artması Avropada təhlükəsizlik balansına təsir göstərə və regionda qüvvələr nisbətini dəyişə bilər.

Xatırladaq ki, martın 21-də İran tərəfindən Dieqo-Qarsiya bazasına yönələn iki orta mənzilli ballistik raket atılıb. Onlardan biri uçuş zamanı sıradan çıxıb, digəri isə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi tərəfindən zərərsizləşdirilib.


Bizim.Media

Избранный
5
bizim.media

1Источники