İran: ABŞ-İsrailə dəstək verməyənlər Hörmüz boğazından istifadə edə bilər
İran Hörmüz boğazında yeni qaydalar açıqladı.1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, İranın Nyu-Yorkdakı BMT-dəki Daimi Nümayəndəliyi ABŞ-İsrail hücumlarının ardından Hörmüz boğazındakı vəziyyətlə bağlı bəyanat yayıb. Sənəddə qeyd olunur ki, “düşmən olmayan gəmilər – digər dövlətlərə məxsus və ya onlarla əlaqəli gəmilər də daxil olmaqla – İran əleyhinə təcavüzkar hərəkətlərdə iştirak etmədikləri, onları dəstəkləmədikləri və elan olunmuş təhlükəsizlik qaydalarına tam riayət etdikləri halda, səlahiyyətli İran qurumları ilə koordinasiya şəraitində Hörmüz boğazından təhlükəsiz keçid imkanından yararlana bilərlər”. Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı birgə hücumlarına cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu boğazı ABŞ, İsrail və onların müttəfiqləri ilə bağlı gəmilərin keçidinə bağlamışdı. Bundan əlavə, İran parlamentinin Hörmüz boğazından keçən gəmilərdən rüsum alınmasını nəzərdə tutan qanun layihəsi üzərində işlədiyi də açıqlanmışdı.