RU

“Fənərbağça” “Real Madrid”in ulduz futbolçusu üçün hərəkətə keçdi

BAKI, 25 mart. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubu İspaniya təmsilçisi “Real Madrid”in ulduz futbolçusu Antonio Rüdigeri heyətinə qatmaq istəyir.

Teleqraf “Mundiario”ya istinadən xəbər verir ki, Superliqa təmsilçisi 33 yaşlı təcrübəli müdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıb.

“Fənərbağça” Rüdiger üçün bonuslar da daxil olmaqla təxminən 10 milyon avro dəyərində təklif hazırlayıb. Mövsümün sonunda Madrid klubu ilə müqaviləsi başa çatacaq futbolçu hələ yekun qərarını verməyib.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildən “Real Madrid”də çıxış edir.

Избранный
19
teleqraf.com

1Источники