RU

İsrail DƏHŞƏTLİ statistikanı AÇIQLADI: Müharibə başlayandan…

İsrail Səhiyyə Nazirliyi İranla baş verən münaqişə nəticəsində son sutka ərzində 204 nəfərin xəstəxanalara yerləşdirildiyi barədə məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, müharibənin başladığı tarixdən (28 fevral) bu yana hospitallaşdırılanların ümumi sayı 5045 nəfərə çatıb. Nazirliyin son məlumatına görə, hazırda xəstəxanalarda 120 yaralı müalicəsini davam etdirir.

Qeyd olunur ki, qurum xəsarətlərin konkret səbəblərini açıqlamır. Bildirilir ki, zədələrin bir hissəsi birbaşa İran raketlərinin zərbələri və ya Livan tərəfindən edilən atəşlərlə deyil, həyəcan siqnalı zamanı sığınacaqlara qaçan vətəndaşların ehtiyatsızlığı və qəzalarla bağlı ola bilər.

Sara,
NOCOMMENT.az

Избранный
25
nocomment.az

1Источники