Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Dünyanın ən böyük enerji nəhənglərindən olan “Shell” şirkəti Yaxın Şərqdəki gərginliyin qlobal yanacaq bazarında ciddi təchizat probleminə yol açacağı barədə xəbərdarlıq edib. Şirkətin baş icraçı direktoru Vail Savan bildirib ki, reaktiv yanacaq bazarında artıq təzyiqlər hiss olunur, növbəti mərhələdə isə dizel və benzin qıtlığı yaranması qaçılmazdır.Vəziyyəti daha da mürəkkəbləşdirən amil Şimal yarımkürəsində yay mövsümünün yaxınlaşmasıdır. Avtomobil səfərlərinin artması yanacağa olan tələbatı yüksəldəcək ki, bu da mövcud gərginliyi daha da kəskinləşdirəcək. S&P Global Energy CERA analitiklərinin hesablamalarına görə, müharibə səbəbindən gündəlik təxminən 14 milyon barel neft məhsulunun axını dayanıb. Bu boşluq artıq Avropada reaktiv yanacaq qiymətlərini rekord həddə çatdırıb.Problem təkcə xammal ilə bağlı deyil. Daşınma, saxlama və istehsal zəncirindəki maneələr bütün bazara təsir edir. Dünyanın neftayırma gücünün yarısından çoxu birbaşa Yaxın Şərqdəki stabillikdən asılıdır. Eyni zamanda, bazar iştirakçılarının ehtiyat toplamağa başlaması və ABŞ-ın yanacaq ixracının azalması tədarük risklərini artırır. Hörmüz boğazındakı təhlükələr fonunda yanacaq axınının bərpası hələlik çətin görünür.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.