RU

ABŞ-dən İrana qarşı əməliyyatla bağlı SON DƏQİQƏ AÇIQLAMASI

ABŞ Prezidenti Donald Trampın və onun danışıqlar komandasının İranla mümkün diplomatik təmasları araşdırmasına baxmayaraq, İrana qarşı genişmiqyaslı "Epik Qəzəb" (Operation Epic Fury) hərbi əməliyyatı fasiləsiz davam etdirilir.

Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levitt "New York Times" qəzetinə verdiyi açıqlamada hərbi hədəflərə çatana qədər zərbələrin dayandırılmayacağını bəyan edib. Levitt vurğulayıb ki, ali baş komandan və Pentaqon tərəfindən müəyyən edilmiş strateji vəzifələrin icrası diplomatik proseslərlə paralel şəkildə, lakin ondan asılı olmayaraq həyata keçirilir.

Bu bəyanat Vaşinqtonun Tehranı "tam təslimiyyət" şərtləri ilə masaya oturtmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, bir tərəfdən Pakistan vasitəsilə gizli sülh danışıqları ehtimalı müzakirə olunsa da, digər tərəfdən ABŞ qırıcıları və raketləri İranın hərbi sənaye kompleksini, nüvə infrastrukturunu və komanda mərkəzlərini məhv etməyə davam edir.
Qeyd olunur ki, "Epik Qəzəb" əməliyyatının dayandırılmaması İranın danışıqlarda zaman qazanmaq taktikasına imkan verməmək məqsədi daşıyır. Hazırda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərin 85%-nin artıq sıradan çıxarıldığını, qalan 15%-lik strateji nöqtələrin isə yaxın 72 saat ərzində darmadağın ediləcəyini proqnozlaşdırır.



Musavat.com

Избранный
20
50
musavat.com

10Источники