RU

Gündəlik fəaliyyətlərimizin itirdiyi fiziki hərəkət Texnologiya robotlaşır , yoxsa insan?

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Son illərdə insanların həyat tərzi əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər gündəlik ev işləri paltar yumaq, ev silmək, qab yumaq və digər fiziki fəaliyyətlər həm bədənin hərəkətliliyini təmin edir, həm də kalori sərfini artırırdı. Bu işlər adi idman kimi insanın əzələlərinin işləməsinə, ürək-damar sisteminin fəaliyyətinə və ümumi sağlamlığa müsbət təsir edirdi. Lakin texnologiyanın inkişafı bu fiziki fəaliyyətləri azaltmağa başlayıb. Avtomatik paltaryuyan maşınlar, robot tozsoranlar, qabyuyan maşınlar və hətta yemək çatdırılması xidmətləri insanların gündəlik həyatında hərəkət ehtiyacını minimuma endirir. Bu isə birbaşa hərəkətsizliyə və sağlamlıq problemlərinə gətirib çıxarır.

Hərəkətsizlik artıq dünyada ciddi sağlamlıq probleminə çevrilib. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, fiziki aktivliyin azalması ürək xəstəlikləri, piylənmə, şəkər xəstəliyi və psixoloji problemlərin yaranmasına səbəb olur. Əvvəllər gündəlik işlərin təkcə fiziki yükü insan üçün kifayət edirdisə, indi hərəkətsiz həyat tərzi onu yalnız masa arxasında və ekranda oturmağa sövq edir.

Texnologiyanın faydaları danılmazdır vaxt qazanmaq, işləri sürətlə yerinə yetirmək, rahatlığı təmin etmək mümkündür. Lakin balans vacibdir. İnsanlar gündəlik hərəkəti texnologiya ilə əvəz etmək əvəzinə, onu planlı fiziki fəaliyyətlə əvəz etməlidir: gəzintilər, idman, evdə sadə məşqlər və ya velosiped sürmək kimi fəaliyyətlər.

Texnologiya həyatımızı asanlaşdırsa da, onun bədənin fiziki fəaliyyəti üzərində yaratdığı mənfi təsirləri nəzərə almaq vacibdir. Hərəkətsiz həyat tərzi ilə sağlam həyat tərzini birləşdirmək üçün hər bir insanın şəxsi təşəbbüsü önəmli rol oynayır.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
icma.az

1Источники