AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Uorvik Universitetinin mətbuat xidməti belə məlumat yayıb.
“Biz 118 ekzoplanetin mövcudluğunu təsdiqləyə bildik. Bunun sayəsində ulduzlarından qeyri-adi dərəcədə yaxın məsafələrdə orbitdə fırlanan planetlərin ən ətraflı kataloqunu tərtib etdik. Bu da bizə tədqiqat üçün ən maraqlı obyektləri seçməyə kömək edəcək”,- Uorvik Universitetinin astronomu Marin Lafarq deyib.
Alimlər bu kəşfi 2018-ci ilin aprel ayında Kepler zondunun əvəzinə orbitə buraxılan TESS (Transiting Exoplanet Survey Telescope) teleskopunun təsvirlərinin avtomatik təhlili üçün hazırlanan alqoritmi sınaqdan keçirərkən ediblər.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта