RU

ABŞ İrana qarşı hərbi əməliyyatları azaltmayacaq - Ağ Ev

ABŞ-nin İran ilə qarşılıqlı fəaliyyət zamanı hərbi əməliyyatları azaltmaq planı yoxdur.

Ucnoqta.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Livitt The New York Times (NYT) qəzetinə bildirib.

Nəşr adı açıqlanmayan iki məmura istinadən qeyd edir ki, ABŞ hərbi münaqişəyə son qoymaq üçün 15 maddəlik planını Pakistan vasitəsilə İrana çatdırıb.

NYT etiraf edir ki, Tehranın bu təklifləri danışıqlar üçün əsas kimi qəbul etməyə hazır olub-olmadığı və ya İsrailin ABŞ-ın ideyaları ilə tam razı olub-olmadığı bəlli deyil.

Избранный
31
ucnoqta.az

1Источники