RU

Azərbaycandan keçməklə Ermənistana növbəti məhsul yola salınır

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək.

Ucnoqta.az xəbər verir ki, bu gün 5 vaqon buğda Ermənistana yola salınacaq.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək, daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar göndərilir. Sonuncu dəfə, martın 19-da Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 488 ton Rusiya taxılı göndərilib.

Избранный
45
37
ucnoqta.az

10Источники