RU

Küveyt aeroportuna PUA hücumu olub VİDEO

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, Küveytin Mülki Aviasiya İdarəsinin (DGCA) mətbuat xidməti bu barədə məlumat yayıb. “Hadisə zamanı heç kim xəsarət almayıb, hücum nəticəsində yalnız maddi ziyan dəyib. Təcili xidmətlər yanğına dərhal müdaxilə edib”, - məlumatda bildirilir. Daha əvvəl DGCA Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) İranın “ciddi pozuntuları və hücumları” barədə şikayət etmişdi. Agentlik vurğulayıb ki, bu hərəkətlər ölkənin hava məkanı üzərindəki suverenliyinə və Küveyt Beynəlxalq Hava Limanının infrastrukturuna toxunur. Ötən həftə İranın Küveytə dron hücumu nəticəsində iki neft emalı zavodunda - Mina Əl-Əhmədi və Mina Abdallah müəssisələrində yanğınlar baş verib.

pic.twitter.com/zLYJqoJbRR

— Gulnara Zeynalova (@gulnarazeynal) March 25, 2026

Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
42
azvision.az

1Источники