RU

Şəmkirdə yük və minik maşını toqquşub, xəsarət alan var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Qazel "markalı yük avtomobili ilə "Mercedes "markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən yük maşını yolun hərəkət hissəsinə aşıb, "Mercedes" isə yoldan çıxaraq dərəyə düşüb. Qəza zamanı 1 nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
9
9
sitat.info

10Источники