RU

Sabah bu yollar bağlanacaq

Martın 25-də Bakının Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Избранный
7
10
buta.tv

10Источники