RU

Dəstə üzvləri Azər Cabbarova 213 min manatdan çox ziyan vurdu

Qabaqcadan əlbir olaraq vətəndaşın evindən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri - Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənovanın cinayət işinin bəzi detalları məlum olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, içlərində qadın da olan dəstə üzvləri qabaqcadan əlbir olaraq, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin külli miqdarda əmlakını gizli şəkildə talayaraq oğurluq ediblər.  

Belə ki, dəstə üzvləri 15 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında davamlı olaraq Azər Cabbarova məxsus bağ evinin hasarından aşıb həyətə daxil olublar. 

İttiham aktında göstərilib ki, dəstə üzvləri həyətdə yerləşən saxlanc yeri olan anbarından 4800 manat dəyərində 100 ədəd dəmir borular, 4 ədəd hər birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərinda dəmir barmaqlıqları, evə qanunsuz daxil olmaqla oradan Ukrayna İstehsalı olan 16 min 500 manat dəyərində 300 ədəd çay serviz dəsti, Ukrayna istehsalı 18000 manat dəyərində 18 min ədəd nəlbəki, 500 manat dəyərində olan iran istehsalı 3 lampalı lyustr, 1400 manat dəyərində 70 ədəd Rusiya istehsalı azbest dam ötrükləri, 24000 manat dəyərində 4000 ədəd Ukraniya istehsalı olan yemək boşqabı, 81000 manat dəyərində 1800 ədəd fincan dəsti, 17600 manat dəyərinə 320 ədəd Belarus istehsalı olan elektiriklə işləyən ət çəkən maşını oğurlayıblar. 

Bundan başqa, 1 ədədinin qiyməti 1000 manat olan 8000 manat dəyərində 8 adəd 19-cu əsrə aid olan Şuşa şəhərində toxunmuş antik xalçaları, 1400 manat dəyərinda 2 ədəd 7 litrlik odun samovarını, 1 ədəd dəyəri 2000 manat olan Çexiya istehsalı lyustranı çağırdıqları avtomobillərə hissə-hissə yükləyib götürməklə oradan davamli olaraq hissə-hissə daşıyıb apararaq dəyərindən ucuz qiymətə satıblar. 

Bundan əldə etdikləri pulları Elvin Həbibli, Vəfa Həsənova, Rövşən Umudov və Ülvi Əsgərov öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş Azər Cabbarova ümumilikdə 213 min 385 manat məbləğinda küllü miqdarda ziyan vurublar. 

Bumunla da, dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

Orxan Rasifoğlu

Избранный
7
4
unikal.az

5Источники