RU

Real da qida əlavələri ChatGPT nin məsləhətinə əsasən təyin olunur klubun sabiq həkimi

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Real"ın keçmiş fizioterapevti və diyetoloqu İtziar Qonsales komandanın tibb işçiləri arasında səriştəsizliklə bağlı şayiələrə cavab verib. Sport24.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Bir müddət əvvəl mətbuatda "Real"ın həkimlərinin Kilian Mbappenin zədəsini diaqnoz edərkən yanlış diaqnoz qoyduqları səbarədə məlumatlar yayılıb.

Qonsales yayılan söz-söhətləri belə şərh edib:

"Ümid edirəm ki, bundan sonra klubda daha çox savadlı mütəxəssislər olacaq. Müəyyən əlaqələr vasitəsilə ora gələn bəzi beyinsiz narsistlərin sayı isə azalacaq. Bu tip insanlar oyunçulara yalnız zərər verir.

Hərçənd bilmirəm ki, daha pisi nədir - bu xəbər, yoxsa klubun qida əlavələrinin ChatGPT-nin pulsuz versiyasından alınan məsləhətlər əsasında təyin edilməsi".

Qeyd edək ki, Qonsales 2025-ci ilin avqust ayına qədər "Real" çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
sport24.az

1Источники