RU

Argentina millisinin üzvü "Real"da oynamaq istəyir

Argentina millisinin üzvü Enzo Fernandes “Real” keçmək istəyir.

Sportal.az “TalkSport”a istinadən xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi özünü buna hazır hesab edir. Yaxın ətrafının dediyinə görə, argentinalı üçün bu, gerçəkləşən xəyal olardı.

Lakin Madrid təmsilçisi Enzo üçün “zadəganlar”a rəsmi təklif göndərməyib.

Fernandes bu mövsüm "mavilər"in heyətində 46 oyunda meydana çıxıb, 12 qol vurub və altı məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 90 milyon avrodur.

saytlarin hazirlanmasi

Избранный
30
sportal.az

1Источники