ain.az, Idman.biz portalına istinadən məlumat verir.
Nüfuzlu “Variety” nəşrinin məlumatına görə, kanadalı rejissor Tomas Soto yarımyüngül və orta çəkidə keçmiş UFC çempionu Jorj Sen-Pyer haqqında bioqrafik film çəkəcək.
İdman.Biz bildirir ki, layihə hazırda inkişaf mərhələsindədir, buraxılış tarixi və baş rolun ifaçısı hələ açıqlanmayıb.
Filmdə Sen-Pyerin Kvebekin kiçik Sen-İsidor şəhərindən UFC-nin zirvəsinə qədər olan yolu təsvir olunacaq.
“Bu komandanı tapanda aydın oldu ki, bunu yeni, yaradıcı şəkildə etmək istəyirik”, - “Variety” jurnalı Sen-Pyerdən sitat gətirib.
Kanadalı veteran döyüşçünün hazırda 44 yaşı var. Sen-Pyer sonuncu dəfə 2017-ci ilin noyabr ayında britaniyalı döyüşçü Maykl Bispinqi məğlub edib. Sen-Pyerin 28 MMA döyüşü var, bunlardan 26-sı qələbə (səkkiz nokaut da daxil olmaqla), ikisi isə məğlubiyyətlə nəticələnib.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.