Rusiya ordusu Ukraynanın Lvov şəhərində yaşayış binalarına zərbələr endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Lvov meri Andrey Sadovıy məlumat verib.
Onun sözlərinə görə, Lvov şəhərinin mərkəzindəki yaşayış binalarına Rusiya PUA-nın hücumu nəticəsində ciddi ziyan dəyib. Ağır yaralıların olduğu bildirilir.
Lvov Xüsusi Əməliyyatlar Komandanlığı əhalini sığınacaqlarda qalmağa çağırıb.
Komandanlıqdan hücumlar nəticəsində 26 nəfərin yaralandığı bildirilib.