RU

İsveçdə 20 yaşlı qapıçı güllələndi

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

İsveçdə 20 yaşlı qapıçı atışmada həlak olub. Sport24.az "Aftonbladet" portalına istinadən xəbər verir ki, 4-cü divizionda mübarizə aparan "Forward" klubunun qolkiperi Hugo Mosshagen Örebro şəhərində kimliyi müəyyənləşməyən şəxslər tərəfindən güllələnib.

Hadisə martın 21-i axşam şəhərin qərb hissəsindəki dayanacaqda baş verib. Polis saat 23:26-da zəng alıb və hadisə yerində yaralı bir kişi tapıb. O, daha sonra ölüb.

Polisin məlumatına görə, hələlik hadisə ilə bağlı heç kim saxlanılmayıb. İstintaq Mosshagen ilə cinayətkar qruplar arasında heç bir əlaqə aşkar etməyib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
sport24.az

1Источники