RU

İran ABŞ və İsrailsiz regional hərbi əməkdaşlıq alyansı təşkilatının yaradılmasını təklif edir

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran regionda ABŞ və İsrailin iştirakı olmadan təhlükəsizlik və hərbi əməkdaşlığı təmin etmək üçün dövlətlərarası alyansın yaradılmasının vacibliyini və buna hazır olduqlarını bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

"Regionda təhlükəsizlik və hərbi əməkdaşlıq üçün ABŞ və İsrailin iştirak etmədiyi dövlətlər alyansının yaradılmasının vaxtı çatıb", - deyə baş qərargahın bəyanatında qeyd edilir.

İran hərbçilərinin fikrincə, region ölkələrinə "təhlükəsizliyini təmin etmək üçün minlərlə kilometr uzaqda yerləşən bir dövlət heç vaxt lazım olmayacaq".

Baş qərargah qeyd edib ki, İranın inamına görə, region ölkələrinə "əsas prioriteti İsrailin təhlükəsizliyi və maraqları olan bir dövlət lazım deyil" və belə dövlətlər "region ölkələrinin sərvətlərini yalnız öz maraqları üçün görürlər".

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
92
bizimyol.info

1Источники