RU

Kim Çen In: Hər zaman Moskvanın yanındayıq

BAKI, 25 mart. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In Rusiyanın prezidenti Vladimir Putinə göndərdiyi teleqramda Pxenyanın hər zaman Moskvanın yanında olacağını bildirib.

Teleqraf xəbər verir ki, məktubun mətni Koreyanın Mərkəzi Telegraf Agentliyi tərəfindən yayımlanıb.

“Pxenyan hər zaman Moskvanın yanında olacaq. Bu, bizim seçimimiz və dəyişməz iradəmizdir”, - deyə teleqramda qeyd olunub.

Məlumata görə, daha əvvəl Vladimir Putin Kim Çen Inı Şimali Koreyada Dövlət İşləri üzrə sədr vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şimali Koreya liderinin Rusiyaya səfər dəvətinin qüvvədə qaldığını bildirib.

Избранный
36
teleqraf.com

1Источники