RU

Olisenin nümayəndələri oyunçunun “Liverpul”a transfer şərtini açıqlayıblar

“Bavariya”nın hücumçusu Maykl Olisenin nümayndələri “Liverpul”a məlumat veriblər ki, mersisaydlılar hücumçunun potensial transferini davam etdirməsi üçün qarşıdakı mövsüm Çempionlar Liqasına vəsiqə qazanmalıdırlar.

İdman.Biz bildirir ki, bu barədə “indykalia News” sosial media səhifəsində məlumat verilib.

Qeyd edilən mənbə daha əvvəl Olisenin ailəsinin 21 mart şənbə günü keçirilən İngiltərə Premyer Liqasının 31-ci turunda “Liverpul”un “Brayton"la oyununa qatıldığını bildirib. “Liverpul” matçda 2:1 hesabı ilə məğlub olub.

Premyer Liqanın 31 oyunundan sonra “qırmızılar”ın 49 xalı var və onlar beşinci yerdədirlər.

Bu mövsüm fransız bütün yarışlarda 39 oyunda meydana çıxıb, 16 qol vurub və 27 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 140 milyon avrodur.

İdman.Biz
Избранный
43
1
idman.biz

2Источники