RU

ABŞ mediası: Vaşinqton İrana 15 maddəlik plan təqdim edib

BAKI, 25 mart. TELEQRAF

ABŞ Yaxın Şərqdə münaqişənin dayandırılması məqsədilə İrana 15 maddədən ibarət plan göndərib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti iki rəsmi mənbəyə istinadla məlumat yayıb. Bildirilir ki, təqdim olunan təklif ABŞ prezidenti Donald Tramp administrasiyasının münaqişədən çıxış yolu tapmaq niyyətini əks etdirir.

Məlumata görə, plan həmçinin münaqişənin iqtisadi nəticələrinin artması fonunda hazırlanıb.

Qeyd olunur ki, daha əvvəl İran ABŞ və İsraillə gələcəkdə aqressiyadan imtinanı təmin edəcək zəmanətlərlə sülh sazişinin imzalanmasında israr etdiyini bildirib.

Избранный
48
teleqraf.com

1Источники