RU

Tramp İranı elektrik stansiyasının vurulması ilə hədələyib

Prezidenti Donald Tramp ABŞ ordusunun İranda 10 milyard dollar dəyərində olan böyük bir elektrik stansiyasını dağıda biləcəyini deyib.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"İstədiyimizi edə bilərik. Bildiyiniz kimi, bu gün dünyanın ən böyük elektrik stansiyalarından biri olan çox böyük bir elektrik stansiyasına zərbə endirmək şərəfinə nail olacağıq. Düzgün yerə bir zərbə endirilsə, stansiya yox olur, məhv edilir. Biz bunu təxirə saldıq, çünki danışıqlar aparırıq", - Tramp deyib.

Tramp tam olaraq söhbətin hansı stansiyadan getdiyi barədə məlumat verməyib.

Избранный
47
apa.az

1Источники