RU

Xorvatiya Prezidenti Aİ ölkələrinin veto səlahiyyətlərinin ləğvinə qarşı çıxıb

Xorvatiya Prezidenti Zoran Milanoviç bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri veto səlahiyyətlərini itirməməlidirlər, çünki yekdillik prinsipi Aİ-nin təsis aktlarında təsbit olunub.

"Far.Az"un məlumatına görə, o, bu açıqlamanı Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşdən sonra verib.

"Yekdillik Avropa İttifaqının təsis aktlarında təsbit olunub. Konsensus olmadan əsas qaydalarda heç bir dəyişiklik olmayacaq", - Z.Milanoviç vurğulayıb.

Onun sözlərinə görə, veto səlahiyyətlərinin ləğvi ilə bağlı təkliflər yanlış təsəvvürə əsaslanır.

O, həmçinin yeni Aİ üzvlərinə, o cümlədən Şimali Makedoniyaya münasibətdə veto hüququndan məhrum statusun verilməsi ideyasını ədalətsiz adlandırıb.

Избранный
40
far.az

1Источники